Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb

15.10.2026 17:19 180
Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Median.Az-
a bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Söhbət zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və ölkəmizin AQEM-ə uğurlu sədrliyi vurğulanıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişləndiyi və strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Tərəflər əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları arasındakı dostluq münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin rolunu xüsusilə vurğulayıblar. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də ifadə olunub.

Söhbət zamanı parlamentlərarası əlaqələrin də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğun olaraq yüksək səviyyədə inkişafından məmnunluq qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri, həmçinin Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun Azərbaycana səfərlərini xatırladaraq, parlamentlərimizin rəhbərləri səviyyəsində həyata keçirilən bütün bu səfərlərin və görüşlərin qanunvericilik orqanlarımız arasında əlaqələrin mövcud səviyyəsinin uğurlu bir göstəricisi olduğunu bildirib.

Qeyd olunub ki, bu gün parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar, deputatlarımız qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə iştirak edirlər. Qanunvericilik orqanlarımızın Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlığı qeyd edilib və bu istiqamətdə də fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner