Mojo.az Banner
17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |    
Mojo.az Avto
Mojo.az Avto

Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib

15.10.2026 22:41 303
Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib
Bakıda xuliqanlıq niyyəti ilə qonşusunu bıçaqlayaraq ağır yaralayan şəxsin şərti cəzası ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

1965-ci il təvəllüdlü N.M. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzası şərti hesab olunub.

İttihama görə, hadisə 2025-ci ildə saat 20:00 radələrində baş verib. Sərxoş vəziyyətdə qonşusunun evinə gedən N.M. ailəni narahat etdiyinə görə iradla qarşılaşıb. Qonşusu ondan evi tərk etməsini istəyib.

Bundan sonra N.M. mətbəx bıçağı ilə qonşusunun qarın nahiyəsinin sol tərəfinə bir zərbə vurub. Zərərçəkmiş şəxsin qarın boşluğuna nüfuz edən, bağırsağın zədələnməsi və peritonitlə nəticələnən xəsarətlər aldığı müəyyən edilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi N.M.-yə 6 il həbs cəzası təyin etsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib və 2 il sınaq müddəti müəyyənləşdirib. Qərar qəbul edilərkən tərəflərin barışması, təqsirləndirilən şəxsin peşmançılığı, yaşı, səhhətindəki problemlər və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması nəzərə alınıb.

Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək şərti cəzanın əsassız olduğunu bildirib. Protestdə cinayətin ağırlığı, N.M.-nin əvvəllər də məhkum edilməsi, hadisə zamanı sərxoş olması və yaraladığı şəxsə kömək etmədən hadisə yerindən uzaqlaşması vurğulanıb.

Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini təmin edib. Məhkəmə birinci instansiyanın hökmünü dəyişdirərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini ləğv edib.

Nəticədə N.M.-yə təyin olunmuş 6 il həbs cəzasından həbsdə və ev dustaqlığında olduğu 6 ay çıxılaraq onun 5 il 6 ay müddətinə real həbs cəzası çəkməsi qərara alınıb. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Məhkəmə zalında həbs edilən N.M. Bakı İstintaq Təcridxanasına göndərilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner