Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub

16.10.2026 16:16 705
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan bəzi iddialara aydınlıq gətirilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, bu iddiaların heç bir əsası yoxdur və məsələ kifayət qədər sadədir.

Məlumata görə, İsrail prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı-Tel-Əviv-Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.

Yəni İsrail prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib.

Türkiyədə isə hər dəfə Azərbaycanla bağlı bir bəhanə axtarıb, "təftiş" edənlər bunu da manipulyasiya mövzusuna çeviriblər. Halbuki kommersiya reysləri ilə səfər edən şəxslərlə bağlı eyni yanaşma tətbiq edilərsə, Türkiyə Hava Yolları, "Pegasus Airlines", "AJet" və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar.

İsrail prezidentinin kommersiya reysi ilə bilet alaraq Azərbaycana səfər etməsi adi sərnişin uçuşudur. Onun hansı reyslə və hansı qaydada Bakıya gəldiyi barədə əsassız çağırışların irəli sürülməsinin məntiqi əsası yoxdur.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında müxtəlif sahələrdə mövcud əlaqələr nəzərə alınmaqla, İsrail prezidentinin Azərbaycana kommersiya reysi ilə səfər etməsinin xüsusi müzakirə predmetinə çevrilməsi düzgün yanaşma deyil.

Xatırladaq ki, İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.скачать dle 11.3

Son xəbərlər