Mojo.az Banner
SON DƏQİQƏ
21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

17.10.2026 17:58 156
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur.

Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onun üzərində narkotik maddələr aşkarlanıb.

Hadisə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda baş verib. Bayram İsmayılov əvvəlcə üzərində qanunsuz heç bir maddə olmadığını deyib. Lakin gecə saat iki radələrində, xidməti it Türkmənistana yola düşməyə hazırlaşan həmin gəminin otaqlarının birində yoxlama zamanı anidən reaksiya verib. Nəticədə B. İsmayılovun şalvarının cibindən ümumi çəkisi 0.169 qram olan narkotik maddə marixuana tapılıb.

Bayram İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.2-ci (narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə görə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, Ələt qəsəbəsində marketdən çıxarkən narkotik barədə danışan iki şəxsdən birinə yaxınlaşıb, ondan özü üçün marixuana istəyib və 15 manat ödəməyə razılaşıb:

"Həmin şəxsin göstərişi ilə yol kənarında gizlədilmiş "Keno" markalı siqaret qutusunu götürüb yerinə pulu qoydum. Gəmidə bükümün yarısını çəkərək qalan hissəni qutuda, şalvarımın sol cibində saxladım. 17 may saat iki radələrində Türkmənistana yola düşməyə hazırlaşan "Mirvari" gəmisində gömrük yoxlaması zamanı xidməti it R otağında reaksiya verdi. Gömrük əməkdaşları üzərimdə qadağan olunmuş əşya olub-olmadığını soruşduqda əvvəlcə olmadığını dedim, videoyazı aparılmaqla keçirilən şəxsi yoxlama zamanı "Keno" qutusundakı yarım bükümdə marixuanaya bənzər maddə aşkar edildi. Maddənin mənə məxsus olduğunu və sonradan istifadə etmək üçün saxladığımı bildirdim".

Təqsirləndirilən şəxs məhkəmə iclasında suallara cavab olaraq göstərib ki, həmin maddəni gəmidə yarısını çəkib, qalanını yolda və ya Türkmənistanda istifadə etmək üçün saxlayıb. Satmaq və ya başqasına vermək niyyətinin olmadığını deyib.

O, əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Bayram İsmayılov üç il sınaq müddəti olmaqla, üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun üzərinə şərti cəza dövründə probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək öhdəliyi qoyulub.скачать dle 11.3

Son xəbərlər