Mojo.az Banner
SON DƏQİQƏ
21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər

17.10.2026 19:25 150
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
İngiltərə millisinin sabiq futbolçusu və ABŞ-nin "İnter Mayami" klubunun ortaq sahibi Devid Bekhemin Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti vəzifəsinə namizədliyi irəli sürülə bilər.

Bu barədə "Sky Sports" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Bekhemin namizədliyini dəstəkləməyə hazırdır. Mənbənin bildirdiyinə görə, ingiltərəli sabiq futbolçu təkcə dünya şöhrətli idmançı və pop-mədəniyyət ikonu kimi deyil, həm də təcrübəli idarəçi kimi qiymətləndirilir.

51 yaşlı Bekhem 2020-ci ildən "İnter Mayami" klubunun ortaq sahibidir. O, peşəkar karyerası ərzində İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan", Fransanın PSJ və ABŞ-nin "Los-Anceles Qalaksi" klublarında çıxış edib.

FIFA prezidentinin seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. Namizədlər iştirakla bağlı müraciətlərini noyabrın 18-dək təqdim edə bilərlər.

Hazırda FIFA-ya 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə prezident seçilən Canni İnfantino rəhbərlik edir. O, sonradan daha iki dəfə rəqibsiz şəkildə bu vəzifəyə yenidən seçilib. İnfantino növbəti müddətə də namizədliyini irəli sürəcəyini açıqlayıb.скачать dle 11.3

Son xəbərlər