Mojo.az Banner
SON DƏQİQƏ
22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

17.10.2026 18:10 183
Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb
Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb.

Median.Az
-ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib.

Vəkilin sözlərinə görə, müğənni özünü yaxşı hiss edir, saxlanma şəraiti, qidalanma və ya yuxu ilə bağlı heç bir şikayət bildirmir və şən əhvali-ruhiyyəsini qoruyur. Vəkili ilə saatlarla davam edən söhbət zamanı musiqiçi qeyd edib ki, ilham onu, hətta istintaq təcridxanasında da tərk etməyib və yeni material üzərində işləməyə başlayıb.

"O özünü əla hiss edir. Biz dünən saatlarla söhbət etdik. Çox sadə bir oğlandır, qətiyyən ulduz xəstəliyinə tutulmayıb, hörmətcil və istedadlıdır. Hətta dedi ki, artıq istintaq təcridxanasında mahnılar yazmağa başlayıb", - deyə vəkil bildirib.

Rəna Kərimova əlavə edib ki, sənətçi gələn həftə apellyasiya şikayətinə baxılmasını gözləyir. Müdafiə tərəfi qətimkan tədbirinin girov müqabilində azadlığa buraxılma ilə əvəz edilməsinə nail olmaq istəyir. Çətinlik ondadır ki, sənətçi əcnəbidir və bu da prosessual riskləri artırır.

Vəkil, həmçinin çox sayda ittihamla bağlı şayiələri təkzib edib və Navainin yalnız bir maddə üzrə - narkotik qaçaqmalçılığında ittiham olunduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiyada və postsovet məkanında məşhur olan müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb. O, narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinir. İfaçı məhbuslara qarşı işgəncə faktları ilə gündəmə gəlmiş istintaq təcridxanasına yerləşdirilib.скачать dle 11.3

Son xəbərlər