Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat paylaşıb.
Həmin məbləğ Bəkirovun vəkili tərəfindən açıqlanıb. Hazırda sənətçinin hüquqlarını qoruyan tərəf qətimkan tədbirinin girovla dəyişdirilməsinə cəhd edir. Məsələ ilə bağlı yekun qərarı məhkəmə verəcək, apellyasiya şikayətinə isə növbəti həftə ərzində baxılması planlaşdırılır.
Xəbərdə bildirilir ki, Qazaxıstan qanunvericiliyində ev dustaqlığı, girov və ya ölkəni tərk etməmək barədə iltizam kimi qətimkan tədbirlərinin mümkünlüyünə baxmayaraq, məhkəmə sənətçinin dekabrın 14-nə qədər həbsdə qalmasına qərar verib.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstana daxil olarkən hüquq-mühafizə orqanlarının əməkdaşları Navainin də əyləşdiyi avtomobildə narkotik maddə tapıblar. İki ay müddətinə həbs edilən reper hazırda müvəqqəti saxlama yerindədir.