Mojo.az Banner
17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz

16.10.2026 17:10 123
Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Bu barədə "2026-2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilib.

Qeyd edilib ki, milli valyutanın mübadilə məzənnəsi əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1.7 manat) qoruyub, daxili tələb üçün əlverişli şərait yaradaraq maliyyə və istehlak qərarlarında valyuta risklərini məhdudlaşdırıb.

Vurğulanıb ki, manatın məzənnəsinin sabit qalması, valyuta bazarında təklifin tələbi üstələməsi və xarici valyutaya tələbin zəifləməsi şəraitində əmanətlərin valyuta strukturunda manatın mövqeyinin möhkəmlənməsi maliyyə sistemində de-dollarlaşma prosesinin davam etdiyini göstərib.

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5.7% proqnozlaşdırılan ortaillik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4.3% olacağı gözlənilir.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 137 milyard manata, xərclərinin isə 134.1 milyard manata qədər yüksəlməsi gözlənilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ildə təqdim olunan son proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 109.1 milyard manat təşkil edəcəyi gözlənilir. 2030-cu ildə isə ÜDM-in 169.1 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 138.6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin ortaillik 3.3 faiz, qeyri-neft-qaz ÜDM-in 4.4 faiz olacağı proqnozlaşdırılır.

2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 82 faizə çatacağı proqnozlaşdırılır. Baza ssenaridə neftin bir barelinin ortaillik ixrac qiyməti 2027-ci il üçün 65 ABŞ dolları və 2028-2030-cu illər üçün də eyni qalacağı fərz edilib. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.

2027-ci ildə əsas kapitala olan investisiyalarda 2.4 faiz, ortamüddətli dövrdə isə ortaillik 2.2 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2027-2028-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.скачать dle 11.3
Mojo.az Banner