Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama
Nazirlər Kabinetinin müvafiq qərarından sonra məktəblərdə vahid geyim qaydalarının tətbiqi, şagirdlər və müəllimlər arasında bərabərliyin qorunması məsələsi yenidən gündəmə gəlib. Bu yanaşma təhsil müəssisələrində vahid nizam-intizamın təmin olunması və sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısının alınması baxımından müzakirə olunur.
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az-a bildirib ki, məktəblərdə vahid geyim qaydalarının həm təhsilalanlara, həm də təhsilverənlərə şamil olunması sağlam təhsil mühitinin formalaşmasına, sosial bərabərliyin qorunmasına və ümumi nizam-intizam qaydalarına riayət edilməsinə müsbət təsir göstərir:
“Çünki təhsil müəssisəsində müvafiq tələblərə və normativlərə uyğun davranış qaydalarına əməl olunması həmin müəssisədə nizam-intizamın təmin edildiyini göstərir. Bu məsələdə şagird-müəllim münasibətləri, şagirdlərin təhsil müəssisəsinə və tədris prosesinə yanaşması, eləcə də cəmiyyətin təhsilə, müəllimlərə və şagirdlərə münasibəti diqqət mərkəzində saxlanılmalıdır. Vahid geyim qaydaları da cəmiyyətin təhsil prosesinə daha müsbət yanaşmasının formalaşmasına töhfə verir. Bu qaydalar tətbiq edilərkən sosial bərabərliyin qorunmasına xüsusi diqqət yetirilməlidir. Hər bir şəxs geyimində bu prinsipi nəzərə almalıdır”.
Ekspert qeyd edib ki, kiminsə müəyyən cərəyanın və ya təşkilatın üzvü olması, yaxud hər hansı ideologiyanı dəstəkləməsi onun geyim tərzi vasitəsilə həmin təşkilatın və ya ideologiyanın təbliğatını aparmasına əsas verməməlidir:
“Saçların rənglənməsi, bədənə döymələrin çəkilməsi və ya müxtəlif zinət əşyalarından istifadə edilməsi kimi məsələlər də diqqətdə saxlanılmalıdır. Təhsil müəssisələrində şəxsi görünüş və geyim vasitəsilə hər hansı təbliğatın aparılmasına yol verilməməli, bu məsələlərə vahid qaydalar çərçivəsində yanaşılmalıdır. Qeyd olunan amillər vahid geyim qaydalarının tətbiqi zamanı xüsusi nəzərə alınmalıdır”.
Aysel