Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA
“Məktəblərdə şagirdlər və müəllimlər üçün təsdiqlənmiş vahid geyim qaydalarının əsas məqsədi təhsil mühitində bərabərliyin qorunması, nizam-intizamın gücləndirilməsi və diqqətin tədris prosesinə yönəldilməsidir. Bu qaydalar məktəbdaxili təlim-tərbiyə prinsiplərinin qorunmasına, intellektual inkişaf meyarlarının ön plana çəkilməsinə xidmət edir. Məsələnin mahiyyəti məhz bundan ibarətdir. Kimsə deyə bilər ki, vahid məktəbli geyim forması olmasaydı da, bu prinsipləri gücləndirmək mümkün idi. Xeyr, burada vahid məktəbli geyiminin fəlsəfəsini və mahiyyətini düzgün anlamaq lazımdır. Vahid məktəbli geyimi şagirdin özünü məktəb mühitinin ayrılmaz tərkib hissəsi kimi dərk etməsinə və bu düşüncənin onun şüuraltısında formalaşmasına kömək edir”.
Bunu Median.Az-a təhsil eksperti Elmin Nuri deyib.
O qeyd edib ki, pedaqogika dərin, fəlsəfi və psixoloji əsaslara malik bir sahədir:
“Pedaqoqların, alimlərin və bu sahənin mütəxəssislərinin yanaşmaları təsadüfi deyil. Buna görə də Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş vahid məktəbli geyimi qaydalarını müsbət yenilik kimi qəbul etmək lazımdır. Əslində, bu qaydalar əvvəllər də mövcud idi. Sadəcə, bu ilin sentyabrından həmin qaydalarla bağlı dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərin əsas məqsədi tədris meyarlarını gücləndirmək, şagirdləri vahid intellektual və intizam mühitinin iştirakçılarına çevirməkdir. Qaydalarda geyimlə bağlı bir sıra tələblər də müəyyən edilib. Dar və qısa geyimlərə, eləcə də bəzi zinət əşyalarına və əlavə aksesuarlara məhdudiyyətlər nəzərdə tutulub. Biz bu müsbət məqamları diqqətdə saxlamalıyıq. Eyni zamanda, milli və mənəvi dəyərlərə, klassik ənənələrə zidd olmayan, əksinə, milli yaddaşı və kimliyi yaşadan məqamları da nəzərdən qaçırmamalıyıq. Təəssüf ki, bəzən məsələnin mahiyyəti arxa plana keçir, müzakirələr başqa istiqamətə yönəlir. Nəticədə qaydaların müsbət tərəfləri kölgədə qalır. Bu isə arzuolunan yanaşma deyil”.
O bildirib ki, vahid məktəbli geyimi həm şagirdlər, həm də müəllimlər üçün mühüm əhəmiyyət daşıyır:
“Dünya təcrübəsi və klassik təhsil yanaşmaları da bu məsələnin əhəmiyyətini göstərir. Məktəb dünyəvi prinsiplərin, intellektual inkişafın və biliklərin mənimsənilməsinin ön planda olduğu bir mühitdir. Bu mühitdə hər bir uşağa bərabər yanaşılmalı, şagirdlər arasında geyim və digər zahiri göstəricilər əsasında fərqlərin qabardılmasına yol verilməməlidir. Bərabərlik prinsipi geyimdən tutmuş digər məktəbdaxili davranış və münasibət meyarlarına qədər öz əksini tapmalıdır. Biz hər zaman inanclı insanlara hörmətlə yanaşan bir cəmiyyətdə yaşamışıq və bu münasibətin gələcəkdə də qorunacağına inanıram. Bununla yanaşı, məktəbin özünəməxsus intellektual mühiti və tədris prinsipləri var. Bu məsələləri bir-birinə qarşı qoymaq və müzakirəni əsas məqsəddən uzaqlaşdırmaq düzgün deyil. Vahid məktəbli geyiminin tətbiqi təkcə nizam-intizamın təmin olunması və təhsil mühitində bərabərliyin qorunması ilə məhdudlaşmır. Burada ən mühüm məqamlardan biri də bütün şagirdlərdə eyni təhsil mühitinə mənsubiyyət hissinin formalaşdırılmasıdır. Başqa sözlə, uşaqların vahid məktəb mühitində özlərini bərabərhüquqlu iştirakçılar kimi hiss etmələri vacibdir”.
Aysel