Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

12.10.2026 21:06 375
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.

"Monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb. Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılıb.

Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub. Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.

Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk. Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.

Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur", - məlumatda bildirilir.скачать dle 11.3
Mojo.az Banner