Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

12.10.2026 20:33 390
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur.

Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir.

Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner