Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat
Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, vahid məktəbli forması ideyası uzun müddətdir cəmiyyətdə müzakirə olunur:
“Bu məsələ həm pedaqoji dairələrdə, həm də mütəxəssislər arasında geniş müzakirə edilib. Azərbaycan və dünya təcrübəsi öyrənilib, nəticədə bu gün hamının qəbul etdiyi, müasir tələblərə uyğun məktəbli forması hazırlanıb. Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına, diqqətin geyim fərqlərinə deyil, biliklərin öyrənilməsinə yönəldilməsinə xidmət edir. Cəmiyyət də vahid məktəbli formasını normal qarşılayır. Hər gün məktəbə gedən yeniyetmələrin vahid formada olduğunu və bu baxımdan hər hansı problem yaşanmadığını görürük. Azərbaycanda tətbiq olunan vahid məktəbli forması uşaqların da xoşuna gəlir və bu sahədə hər hansı problem müşahidə olunmur. Bu, bir daha göstərir ki, vahid qaydalar məktəbin əsas məqsədinə şagirdlərə bilik verməyə xidmət edir”.
Aysel