Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir: Məktəbli forması seçərkən normalara əməl edilmir

27.01.2020 16:40 4 114
Nazir: Məktəbli forması seçərkən normalara əməl edilmir
Vahid məktəbli formasının tətbiqi ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun olan geyim formasının müəyyən edilməsidir.

Bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində qeyd edilir ki, məktəb daxilində məktəbli geyimləri vahid olmalıdır:

“Bu gün bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Təhsil Nazirliyi bu məsələnin həllini də ictimai rəy əsasında dəyərləndirir.

Buna qanunvericilik baxımından yanaşsaq, belə çıxır ki, hər məktəb özü məktəb daxilində geyim müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən gigiyena normalarına əməl edilməli, standartlar gözlənilməlidir.

Reallıqda buna o qədər də ciddi əməl edilmir. Ona görə “Təhsil haqqında” qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələrini təsdiq edəcək və məktəblər də bu nümunələr sırasından seçim edə bilərlər.

Təsdiq edilən dövlət nümunələri arasında 3-5 növ var. Orada bütün tələblər qeyd edilir. Bunlar da sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər”.

C.Bayramov onu da qeyd edib ki, hər bir məktəb valideynlərlə birlikdə uyğun geyim formasını müəyyən edə bilər:

“Məktəblər üçün təsdiq edilən məktəbli formalarının arasından heç birinin istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq. Hesab edirik ki, həmin məktəbli formaları həmin nümunələrdən biri ola bilər”.

Qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığına gəldikdə, C.Bayramov deyib ki, hazırda aparılan ictimai müzakirənin də məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir:

“Mən tam əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq”.
/oxu.az/

Son xəbərlər