Mojo.az Banner
22:18 Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu  |     22:17 Tovuz rayonunda kanaldan meyit aşkarlandı  |     22:16 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq  |     22:15 Sumqayıtda oğurluq edən qadın saxlanılıb  |     22:13 Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi  |     22:13 Ağ Evdə keçirilən UFC turnirində qalmaqal  |     22:12 Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi  |     22:10 Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi  |     22:08 Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib  |     22:05 Sabah 32 dərəcə isti olacaq  |     22:01 Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı  |     21:55 Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)  |     21:49 Ucarda 62 yaşlı kişi küçədə öldü  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |    
Left Banner
Right Banner

Deputat: Sosial şəbəkələrlə Azərbaycanı geriyə aparmağa çalışırlar

17.12.2018 13:28 1 996
Deputat: Sosial şəbəkələrlə Azərbaycanı geriyə aparmağa çalışırlar
10 milyona yaxın Azərbaycan əhalisinin üç milyonu sosial şəbəkələrdən fəal istifadə edir, onların 1,5 milyonu “Facebook”, digərləri “Instagram”, “Twitter” və başqa sosial şəbəkələrin istifadəçiləridir.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Dini qurumlar və sosial media” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan Kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə yayılır:

“Bu gün stabilliyimizin pozulması üçün əsas təhlükə İslama yaxın radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bunlar isə Azərbaycana qarşı qərəzli planlar hazırlayan erməni lobbisinin əməlləridir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələri ciddi narahat edir.

Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma kampaniyaları ilə məşğuldurlar. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa, İslami dəyərlərin hakim olduğu İslami dövlətə çevirməyə çalışır. Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır”.

Əflatun Amaşov onu da əlavə edib ki, hazırda Azərbaycan Mətbuat Şurası haqqında qanun üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır:

“Mətbuat Şurası müntəzəm olaraq bu istiqamətdə monitorinqlər həyata keçirir. Azərbaycanda Nardaran hadisələrində də qeyri-dəqiq, qərəzli informasiyalar yayan saytlar, sosial medialar müəyyən qruplar şəklində fəaliyyət göstərmişdilər. Məqsəd isə həmin bu virtual insanların saylarının artmasıdır. Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün müvafiq qanunları sərtləşdirmək lazımdır”.//oxu.azскачать dle 11.3
Mojo.az Banner