Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA
“Vahid məktəb geyiminin nizam-intizamın qorunmasında müəyyən faydaları var. Lakin bu, zəruri şərt deyil. Yəni vahid geyim birbaşa nizam-intizamın göstəricisi və ya əsas müəyyənedicisi hesab oluna bilməz. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi arzuolunandır. Dünyanın bir çox ölkəsində belə qaydalar mövcuddur. Ancaq vahid geyim tələbləri dini aksessuarların istifadəsini mütləq şəkildə qadağan etmir. Məsələn, şagirdlər vahid məktəb forması geyinsələr də, onun üzərindən xaç, yəhudi kişilərinin ənənəvi baş geyimi olan kipa və ya İslam dininə aid müəyyən geyim elementlərindən istifadə edə bilərlər”.
Bunu təhsil eksperti Qoşqar Məhərrəmov Median.Az-a açıqlamasında deyib.
O bildirib ki, bunlar insanların fərdiliyini və dini inanclarını ifadə edən elementlərdir:
“Dini təxribat məsələsinə gəldikdə isə, əgər dövlət belə bir təhlükənin mövcud olduğunu müəyyən edirsə və bu proses illər ərzində gizli, tədricən həyata keçirilirsə, onun qarşısının alınması üçün də ölçülüb-biçilmiş və mərhələli tədbirlər görülməlidir. Dini təbliğat aparan müəllim və ya şagird varsa, bu fəaliyyətin mahiyyəti araşdırılmalı, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir. Təhsil müəssisələrində dini təbliğat vasitəsilə şagirdlərə təsir göstərilməsinə yol verilməməli və belə halların qarşısı alınmalıdır. Lakin insanların şəxsi seçimlərinə bu formada qadağalar qoymaq, onların təhsil hüququnu məhdudlaşdırmaq və ya təhsildən kənarlaşdırılmasına səbəb olmaq həm konstitusion hüquqların pozulmasına gətirib çıxara, həm də cəmiyyətdə narazılığı artıra bilər”.
O qeyd edək ki, bu cür yanaşma insanları daha da qıcıqlandıra, onları bir-birinə qarşı qoya, müəllimləri, məktəb direktorlarını və bütövlükdə təhsil müəssisələrini çətin vəziyyətdə qoya bilər:
“Belə məsələlərin həllində daha təmkinli və mərhələli yanaşmaya üstünlük verilməlidir. İnsanların dini inanclarından sui-istifadə edilməsinin, onların təsir altına salınmasının və təhsil müəssisələrində dini təbliğat aparılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülə bilər. Əgər konkret pozuntu halları varsa, həmin hallara uyğun nizam-intizam tədbirləri tətbiq edilməlidir. Əsas məqsəd isə insanların hüquqlarını qorumaqla yanaşı, məktəblərdə sağlam, təhlükəsiz və dünyəvi təhsil mühitini təmin etmək olmalıdır”.
Aysel