Mojo.az Banner
22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu

15.10.2026 12:10 135
Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu
Amerikalı reper P.Diddi (Şon Kombs) Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında başqa bir məhbusla dava zamanı başından xəsarət alıb.

Median.Az
TMZ-yə istinadən xəbər verir ki, bu barədə islah müəssisəsindəki mənbələr məlumat veriblər.

Mənbələrin məlumatına görə, oktyabrın 9-da Kombsla yamaykalı narkobaron Kristofer Kouk arasında münaqişə yaranıb. Dava "NBC News"un reperin imtiyazlı şəraitdə saxlanılması barədə dərc etdiyi materialdan narazılıq səbəbindən baş verib.

Material dərc olunduqdan sonra həbsxana rəhbərliyi ən azı iki yoxlama aparıb və Kouk da daxil olmaqla, məhbusların mobil telefonlarını müsadirə edib.

Kouk 2012-ci ildən 23 illik həbs cəzasını çəkir və mənbələrin məlumatına görə, məhbuslar arasında əhəmiyyətli nüfuza malikdir. Yoxlamalardan sonra imtiyazlarını itirməsi onu ciddi şəkildə narazı salıb. Dava Kombs intizam təcridxanasından gündəlik fasilə üçün buraxılarkən baş verib.

Toqquşma nəticəsində P.Diddi başından xəsarəti alıb. O, şənbə günü gecə saatlarında təcili tibbi yardım maşını ilə həbsxanadan aparılıb. Mənbələrin məlumatına görə, reper huşunu itirməyib, danışa bilib və aldığı xəsarət həyatı üçün təhlükə yaratmayıb. Səhırı yaxın o, yenidən həbsxanaya qaytarılıb.

Dava baş verdikdən sonra hər iki iştirakçı iki həftəlik intizam təcridxanasına yerləşdirilib. 
скачать dle 11.3
Mojo.az Banner