Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.
O, polis tərəfindən saxlanılaraq həbs edilib.