Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"

15.10.2026 20:48 318
Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc:
Bakıda Mərakeş vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nihad Rəsulzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Nihad Rəsulzadə sərbəst ifadə verib.

O, ifadəsində cinayətdə iştirak etmədiyini və hadisə barədə sonradan məlumat aldığını bildirib:

"Noyabr ayında Bakıya gəldim, Hüseynlə görüşdüm. "Tarqovu" deyilən yerə getdik. Mən hər hansı cinayət törətməmişəm. Hüseyn tutulduğuna görə etmədiyim cinayəti öz üzərimə götürmüşəm. Mən həmin şəxsin öldüyünü ümumiyyətlə sonradan bilmişəm. Yenə də deyirəm, heç kimi vurmamışam, heç bir hadisədə iştirak etməmişəm".

Növbəti məhkəmə prosesi noyabrın 26-na təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 27-də Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" parkında baş verib.

İttihama görə, Hüseyn Məmmədov tanışı Nihad Rəsulzadə ilə birlikdə parkda gəzən Mərakeş Krallığının vətəndaşları Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşub. Saber Elhoumani Ben İbrahim siqaretinin olmadığını bildirib.

Hüseyn Məmmədov bunu siqaret verməmək üçün bəhanə kimi qəbul edərək mübahisə yaradıb. Daha sonra o, üzərində olan ov bıçağı ilə Tiflaoui İmadın sinəsindən zərbə endirib. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra aldığı xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn Hüseyn Məmmədov Tiflaoui İmadın bel nahiyəsinə güclü bıçaq zərbəsi vurub. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüseyn Məmmədov və Nihad Rəsulzadə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5-ci (qanunsuz olaraq qaz silahını və ya soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmə) maddələri ilə məsuliyyətə cəlb ediliblər. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
//oxu.az
скачать dle 11.3
Mojo.az Banner