Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İcbari sığorta haqları artırılacaq?

15.10.2026 22:55 285
İcbari sığorta haqları artırılacaq?
"Azərbaycanda icbari sığorta haqlarının artırılması nəzərdə tutulmur".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir sıra istiqamətdə qanunla nəzərdə tutulan istisnalar çərçivəsində müəyyən kateqoriyaların dövlət tərəfindən sığortalanması həyata keçirilir:

"Lakin biz sığorta haqlarının artırılmasını nəzərdə tutmuruq və bununla bağlı qanunvericilikdə də tələb yoxdur. Məqsəd yalnız xidmət səviyyəsini artırmaq, sığorta ödənişləri və sığorta təminatı zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödəniş edilməsini təmin etməkdir. Təbii ki, bu layihənin müxtəlif komponentləri var və onun mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Eyni zamanda, dəyişikliklərin eyni sığorta haqları çərçivəsində həyata keçirilməsi planlaşdırılır".

Bundan başqa, AMB rəsmisi deyib ki, daşınmaz əmlakın icbari sığortasında ödənişlərin adekvatlığı artırılacaq:

"Yeni qanun layihəsinin əsas məqsədi sığorta ödənişlərinin daha keyfiyyətli həyata keçirilməsi və sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsidir. Təbii ki, sığorta məbləğlərinin müəyyənləşdirilməsi, eləcə də sığorta aktlarının düzgün tərtib olunması önəmlidir. Sadəcə olaraq, layihə xidmət səviyyəsinin artırılmasını və sığorta ödənişləri zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödəniş edilməsini nəzərdə tutur".скачать dle 11.3
Mojo.az Banner