Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Girdəni kəndində yerləşən və Ruhəngiz Davud qızı Hüseynovaya məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb.
Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.