Mojo.az Banner
13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

4 manat üstündə dava - Sürücü döyüldü

15.10.2026 12:41 105
4 manat üstündə dava - Sürücü döyüldü
Şəki rayonunda müştəri gediş haqqı üstündə taksi sürücüsünü döyüb.

Median.Az 
Demokrat.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Fərid həmyerlisi Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, məlum hadisə günü gecə saat 02:30 radələrində Şəki şəhərinin Daş Qaya adlanan ərazisində taksi fəaliyyəti ilə məşğul olan Vəli Fəridə onu mənzil başına çatdırmaq üçün gediş haqqı kimi 4 manat alacağını bildirib.

Bu zaman Fərid onunla razılaşaraq idarə etdiyi avtomobilə əyləşib və maşını Şəki şəhəri Gənclər küçəsinə sürməsini istəyib. Mənzil başına çatdıqdan sonra Fərid avtomobilin içərisində taksi sürücüsünə üzərində pul olmadığını, gedərək yaşadığı evdən pul gətirəcəyini bildirib.

Buna görə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fərid qəsdən əli ilə Vəlinin baş nahiyəsinə çoxsaylı zərbələr endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü gecə saatlarında dostları ilə restoranda yeyib-içib: "Daha sonra dostumla kafedən çıxaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsin yanına yaxınlaşdım və ondan məni yaşadığım ünvana aparmasını xahiş etdim. Ünvana çatdığımız zaman üzərimdə pul olmadığını, gedərək yaşadığım evdən pul gətirəcəyimi bildirdim. Taksi sürücüsü mənimlə razılaşmadı, telefonumu və şəxsiyyət vəsiqəmi qoyaraq getməyimi istədi. Bu zaman aramızda mübahisə yarandı. Həmçinin həmin anda içkili olduğumu bildirdim".

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, törətdiyi əməldən peşmandır və zərərçəkmişlə barışıb. Hazırda zərərçəkmişin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3
Mojo.az Banner