Mojo.az Banner
22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

15.10.2026 12:13 237
Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?
Tanınmış azərbaycanəsilli Rusiya repçisi Navai (əsl adı - Nəvai Bəkirov) 7 il müddətinə sürücülük hüququndan məhrum oluna və 15 sutkalıq inzibati həbsə göndərilə bilər. Qazaxıstanda narkotik vasitələrlə saxlanıldıqdan sonra sənətçini daha bir maddə üzrə cəza gözləyir.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Analizlərin nəticələrinə əsasən, musiqiçinin qanında qadağan edilmiş maddələr aşkarlanıb.

"Korday" nəzarət-buraxılış məntəqəsində saxlanılarkən o, "Mercedes" markalı avtomobili şəxsən idarə edirmiş. İndi onu narkotik sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyinə görə Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb edə bilərlər. Buna paralel olaraq, polis satış məqsədi olmadan narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı işi də araşdırır.

Bu maddələrə əsasən, sənətçini 5 ilə qədər həbs və ya 5 min AHG-yə (aylıq hesablama göstəricisi - Qazaxıstanda vergilərin, cərimələrin, dövlət rüsumlarının, müavinətlərin və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan xüsusi maliyyə əmsalı, 1 AHG = 4 325 tenge = 15-16 manat) qədər cərimə gözləyir.

Yekun qərar hələ müəyyənləşdirilməyib, bu gün qətimkan tədbirinin seçilməsi məsələsi həll olunmalıdır.
скачать dle 11.3
Mojo.az Banner