Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə prospektin mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda problemin aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.