Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA

14.10.2026 23:00 195
Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA
Milli Məclisdə korrupsiya barədə məlumat verən şəxslərin hüquqi müdafiəsi və mükafatlandırılması ilə bağlı qanun layihələri müzakirə olunur.

Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqi təminatlara malik olacaq?
Məlumat verən şəxsin kimliyi necə qorunacaq və mümkün təzyiqlərdən müdafiəsi necə təmin edilə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, qanunun tətbiqi bu suallara aydın cavab verməlidir: 

“Mükafat insanın itirdiyi işi, sağlamlığı və təhlükəsizliyi əvəz edə bilməz. Bir məsələ də nəzərdən qaçmamalıdır – məlumatın araşdırmada təsdiqlənməməsi ilə qəsdən yalan məlumat vermək fərqləndirilməlidir. Ola bilsin ki, məlumat araşdırma nəticəsində təsdiqlənmədi, amma şəxs vicdanlı olaraq yanıla bilər. O deməkdir ki, şəxs mütləq və mütləq hüququn bütün normalarını bilməlidir, ona uyğun olaraq davranmalıdır. Amma yox, əgər o qəsdən yalan məlumat verirsə, onda bu zaman əlbəttə bunlar fərqləndirilməlidir və fərqli hüquqi nəticələrə gətirib çıxarmalıdır. İnsan əsaslı şübhəsini bildirə bilər, bütün sübutları toplamaq isə onun vəzifəsi deyil. Müdafiə mexanizmi vicdanlı məlumat verən şəxsi də nəzərə almalıdır”.

O xüsusi olaraq vurğulayıb ki, layihədə şəxsin məlumatlarının məxfiliyinin qorunması və yaxınların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulan normalar da var:

“Əlaqəli dəyişikliklərdə onun öz razılığı ilə şahid qismində dindirilməsi də təklif olunub. Amma sənəddən adı silməklə kimliyi qorumaq mümkün olmaya bilər. Buna görə şəxsi məlumat verən şəxsin şəxsi məlumatları ayrıca saxlanmalı, onlara çıxışı olan şəxslərin dairəsi məhdudlaşdırılmalı, sənədlər qeydə alınmalıdır. Ona görə ki, gələcəkdə bu sənədin sızması izləri müəyyən etmək mümkün olsun. Məlumat sızarsa buna görə məsuliyyət daşıyan şəxs müəyyən edilməlidir”.


Ə.Nuriyev bildirib ki, qəflətən tənbeh verilməsi, vəzifəsinin dəyişdirilməsi, işdən çıxmağa məcbur edilməsi halları da araşdırılmalıdır:


“Belə şikayətlərin həlli yalnız şikayətdən rəhbərlikdən asılı qalmamalıdır. Çünki rəhbərlik hər zaman çalışacaq ki, bir qayda olaraq onun rəhbərlik etdiyi strukturda və yaxud da ki, idarədə, qurumda belə hallar dırnaqarası olmasın və bu hallarla bağlı məlumatlar varsa, məsələni əvvəlcədən həll etmək istəyir. Biz başa düşürük ki, belə hallar ola bilər. Ona görə də bildiririk ki, şikayət rəhbərlikdən asılı olmamalıdır və qanun layihəsində bu kanallar müəyyənləşdirilmişdir ki, şikayətin eyni zamanda müxtəlif qurumlara verilməsi də mümkündür”.


Hüquqşünas bu qanunla bağlı bəzi nüansları da diqqətə çatdırıb:


“Mənim bu qanun layihəsinə mövqeyim bundan ibarətdir ki, təhlükə barədə məlumat daxil olduqda onun qiymətləndirilməsi, zəruri qoruyucu, müdafiə tədbirlərinin görülməsi korrupsiya araşdırmasının sonuna da təxirə salınmamalıdır. Qərarı hansı orqan verəcəyi, müraciətə hansı müddətdə baxılacağı və qərarda necə şikayət verilməyi, dəqiq müəyyənləşdirilməlidir. Əgər vətəndaşı məlumat verməyə çağırırıqsa, onu qorumaq məsuliyyətini də üzərimizə götürməliyik, yəni dövlət bunu öz üzərinə götürməlidir. Yəni ümumi konsepsual yanaşma bundan ibarətdir”.


Ə.Nuriyev vurğulayıb ki, qanunda mövcud korrupsiyaya qarşı mübarizə haqqında, korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin müdafiəsini təmin edən bir sıra normalar var:


“Amma orada mükafatlandırma sistemi yoxdur. Hesab edirəm mükafatlandırma sistemi də çox vacibdir. Nə zaman verilməsi ilə bağlı məsələlər də daha konkret olmalıdır. Həmçinin əgər şəxs məlumat verən şəxsin həyatı yaxınları təhlükəyə məruz qalırsa, o cümlədən ölüm hadisəsi baş verərsə onlara münasibətdə ədalətli kompensasiya da mövcud olmalıdır. Mən düşünmürəm ki, indiki təqdim edilən rəqəmin özü ilə bağlı da mübahisələr var və hesab edirəm ki, bu məsələlər yenidən müzakirə predmeti olmalıdır”.


Korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması və hüquqi müdafiəsi ilə bağlı yeni təşəbbüslər korrupsiyaya qarşı mübarizədə mühüm addım ola bilər. Lakin qanunun effektivliyi yalnız nəzərdə tutulan təminatlarla deyil, onların real həyatda necə tətbiq ediləcəyi ilə ölçüləcək.
скачать dle 11.3
Mojo.az Banner