Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi

14.10.2026 21:53 159
Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi
Bakıda fəaliyyət göstərən “Irish Pub Baku”, “Badam Lounge”, “Badam2Lounge” və “Evalutionbyhollyvood” adlı məkanlarda futbol oyunlarının qanunsuz yayımlanması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə tərtib edilmiş protokol və materiallara məhkəmədə baxılıb.

İş materiallarına əsasən, qeyd olunan iaşə obyektlərində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası və digər futbol oyunları hüquq sahibinin razılığı olmadan və müvafiq yayım müqaviləsi bağlanılmadan yayımlanıb.

Bundan başqa, həmin məkanların “Instagram” sosial şəbəkəsindəki səhifələrində müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə edilməklə haqsız reklamların yayımlandığı müəyyən edilib.

Məhkəmə materiallarında “xxxx” MMC-nin təqdim etdiyi pretenziya məktubu və digər sübutlar da yer alıb. Araşdırma zamanı sosial şəbəkə paylaşımlarının reklam xarakteri daşıdığı qənaətinə gəlinib.

Məhkəmə hesab edib ki, inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilib. Nəticədə barəsində inzibati icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinib.

Qərara əsasən, həmin şəxs 300 manat məbləğində cərimə edilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner