Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar

14.05.2024 14:59 843
Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar
Sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib:

“Araşdırmalar zamanı Azərbaycan ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.

“Reklam haqqında” Qanunun 32.7-ci maddəsinə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir”.

Son xəbərlər