Mojo.az Banner
12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |    
Left Banner
Right Banner

İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu

24.12.2024 12:38 798
İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu
Abşeron Rayon Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Zamiq Babayev, qardaşı Samir Babayev və onların qohumları Arif Həsənovun (hər üçünün ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zamiq Babayev 2 il 6 ay və digərləri isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

İttihama görə, həmin şəxslər internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil edib.

Belə ki, Zamiq Babayev qardaşı Samir Babayev və qohumu Arif Həsənovla birgə 15 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb. O, onlardan "1XBet.com”, "Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaradıb. Sonra həmin şəxslər mobil telefonlar vasitəsi ilə qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satıblar. Eyni zamanda "İnstagram” sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirib müraciət edən müştərilərə pul müqabilində satıblar.скачать dle 11.3
Mojo.az Banner