Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı

13.06.2025 16:31 5 796
Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı
Göygöl Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zamiq Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 3 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Zamiq Babayev 23 dekabr 2019-cu il tarixdən 06 iyun 2024-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsinin üzvü və sədri olub. Aparılmış araşdırma zamanı Ədliyyə Nazirliyindən daxil olmuş sənədlərlə müəyyən edilib ki, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin inzibati ərazisinə aid olan ərazidə yerli özünüidaretmə fəaliyyəti təşkil olunmayıb, bələdiyyə sədri təqsirləndirilən şəxs vəzifə öhdəliklərini yerinə yetirməyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq kollegial orqan olan Mollacəlilli bələdiyyəsinin adından qərarlar tərtib edib O, həmçinin bələdiyyə mülkiyyətindən torpaq sahələrinin ayrılmasına təkbaşına qərarlar qəbul edib. Nəticədə onun qanunsuz əməlləri yerli özünüidarəetmənin ictimai mənafeyinə və nüfuzuna ziyan vurub.скачать dle 11.3
Mojo.az Banner