Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər |
Mojo.az Avto
Mojo.az Avto

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

29.10.2026 17:27 246
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir.

Məlumatlara əsasən, 2025-ci ildə qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin əməkhaqqı isə 1264 manat təşkil edib.

Beləliklə, qadınların orta aylıq nominal əməkhaqqı kişilərin əməkhaqqının 69,2 faizinə bərabər olub. Başqa sözlə, qadınların orta aylıq əməkhaqqı kişilərin qazancından 389,4 manat az olub.

Əməkhaqqı fərqinin ən çox peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti, eləcə də emal sənayesi sahələrində nəzərə çarpdığını göstərir. Peşə, elmi və texniki fəaliyyət sahəsində qadınların orta aylıq əməkhaqqı 1224,3 manat, kişilərin əməkhaqqı isə 2349 manat olub. Bu sahədə qadınların qazancı kişilərin qazancının cəmi 52,1 faizini təşkil edib. Beləliklə, qadınlarla kişilər arasında aylıq əməkhaqqı fərqi 1124,7 manata çatıb. Maliyyə və sığorta fəaliyyəti sahəsində də ciddi fərq müşahidə olunur. Burada qadınların orta aylıq nominal əməkhaqqı 2016,8 manat, kişilərin əməkhaqqı isə 3437,8 manat olub. Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 58,7 faizinə bərabərdir. Bu isə aylıq 1421 manatlıq fərq deməkdir.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasındakı fərqin əsas səbəblərindən biri onların əmək bazarında müxtəlif sahələrdə və fərqli vəzifələrdə çalışmasıdır:

"Kişilər daha çox neft-qaz, tikinti, nəqliyyat və yüksək əməkhaqqı təklif edən texniki sahələrdə, qadınlar isə təhsil, səhiyyə və sosial xidmətlərdə işləyirlər. Bu sahələrdə əməkhaqqı fərqləri ümumi göstəricilərə də təsir edir. Digər səbəblər arasında rəhbər vəzifələrdə kişilərin daha çox təmsil olunması, iş təcrübəsi, karyera fasilələri və ailə məsuliyyətlərinin qadınların üzərinə daha çox düşməsi var. Bununla yanaşı, eyni vəzifədə çalışan qadın və kişilərə fərqli əməkhaqqı verilməsi ehtimalını da istisna etmək olmaz”.

Müsahibimiz qeyd edib ki, peşə seçimində isə qadınların, yoxsa kişilərin daha seçici olduğunu birmənalı demək çətindir:

"Bu, daha çox insanın təhsilindən, bacarıqlarından, ailə vəziyyətindən və iqtisadi imkanlarından asılıdır. Kişilər ailənin maddi təminatı ilə bağlı gözləntilərə görə daha yüksək gəlirli işlərə üstünlük verə bilərlər. Qadınlar isə bəzi hallarda iş saatlarının çevikliyinə, iş yerinin evə yaxınlığına və ailə öhdəlikləri ilə uyğunluğuna daha çox əhəmiyyət verirlər. Lakin bu, qadınların peşə seçimində mütləq daha seçici olması demək deyil. Əsas məsələ insanların seçim imkanlarının nə dərəcədə geniş olmasıdır. Əmək bazarında bərabər imkanların yaradılması, qadınların yüksək maaşlı sahələrə çıxışının genişləndirilməsi və rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması əməkhaqqı fərqinin azalmasına kömək edə bilər”.

Son xəbərlər