Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək |
Mojo.az Avto
Mojo.az Avto

Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası

02.11.2026 14:13 387
Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası
ABŞ-də yaşamaq və işləmək arzusunda olan minlərlə insanın gözlədiyi Green Card lotereyası yenidən qeyri-müəyyənliklə üzləşib. 2027-ci il üçün nəzərdə tutulan lotereyanın müraciət prosesi növbəti dəfə təxirə salınıb. Məhkəmənin müraciətlərin noyabrın 1-dən qəbuluna başlanması barədə qərarına baxmayaraq, Tramp administrasiyasının apellyasiya şikayəti nəticəsində prosesin icrası dayandırılıb.

Qeyd edək ki, lotereya 2025-ci ildən etibarən milli təhlükəsizlik mülahizələri əsas gətirilərək dondurulub. Yeni müraciət tarixlərinin nə zaman açıqlanacağı isə hələlik məlum deyil.

Azərbaycanda insanların ABŞ-yə köçmək istəyinin arxasında hansı əsas sosial və iqtisadi səbəblər dayanır?

İnsanların öz ölkələrində gələcək qurmaq əvəzinə başqa ölkələrdə həyat axtarması hansı sosial problemlərin göstəricisi ola bilər?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran sosioloq Naib Niftəliyev bildirib:
Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası
"Ümumiyyətlə Green Card-dan istifadə edən və faydalananlar çoxdur. Bu, Amerikanın tətbiq etdiyi xüsusi bir proqramdır. Gələcəkdə 5 il müəyyən bir sınaq, yoxlama müddətindən sonra orada yaşayış və daimi iş imkanları nəzərdə tutulur. Bu baxımdan vətəndaşların qəbul edilməsi faktı kimi bu kartın əhəmiyyəti var. Şərti seçimlərlə həyata keçirilən bu prosesdə seçimlərin şərti olmasına inanmaq da bir qədər çətindir".
Sosioloqun sözlərinə görə, insanlar Green Card-a müraciət edirlərsə, ABŞ-da həyat şəraitinin yaxşı olması ilə bunu izah edirlər. Hər bir halda Amerika çox sayda miqrant qəbul edib vətəndaşlıq verirsə, demək, ABŞ-da iş və məşğulluq imkanları bir çox ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşıdır.

Mütəxəssis əlavə edib ki, Amerikanın qlobal supergüc olduğunu nəzər aldıqda, həm iqtisadi-hərbi gücünü, həm də digər ölkələrə təsir imkanlarının genişliyi digər ölkələrin vətəndaşları üçün cəlbedici görünür. Green Card proqramı da bunu müəyyən bir sistemə salmaq və məqsədli şəkildə gerçəkləşdirmək niyyəti daşıyır.

Naib Niftəliyev qeyd edib ki, layihənin Tramp hakimiyyəti dönəmində təxirə salınması və müəyyən bariyerlərlə üzləşməsinə gəldikdə, Tramp administrasiyası əvvəlcədən bu məsələnin əleyhinədir. Amerikada Tramp və komandası hesab edirlər ki, miqrantlara şərait yaratmaqdansa, ABŞ vətəndaşlarının maraqları naminə dünyada müəyyən prioritet əməkdaşlıqları inkişaf etdirmək məqsədə uyğundur.

Naib Niftəliyev onu da vurğulayıb ki, yumşaq və sərt güc modelinin tətbiq olunması burada aşkardır. Amerikada son dönəmlərdə hakimiyyətdə olanlar da biznes elitasıdır. Onlar sosial maraqlardan çox daxili sabitliyi qorumağa və xaricə yönəlik ekspansiyanı genişləndirməyə istiqamətlənib.

"Hər bir halda məhkəmə prosesi gedirsə, demək, Green Card proqramının özünün özü ilə bağlı ən azı ABŞ administrasiyasının yanaşmaları kifayət qədər mürəkkəb və ikili mövqeyi əks etdirir. Bir tərəfdən miqrantların müəyyən ehtiyac və zərurətləri, ikinci tərəfdən isə vətəndaşlığa qəbul edilməsi məsələsində bəzi baryerlər yaradır. Təbii ki, proqram tətbiq olunarsa, istər-istəməz lotoreya oyunu ilə vətəndaş olaraq seçilmək və yaxud da gələcəkdə vətəndaşlığı qəbul etmək şərti məsələlərdir. Prosesin özünün dayandırılmasında strateji gözləmələr var. Marağın nə dərəcədə olması, və yaxud da reaksiyaların hansı səviyyədə olduğunu öyrənmək istəyirlər".

"Digər tərəfdən Green Card Amerikaya çox da fayda vermədiyi üçün proses bir qədər dayandırılır. Müəyyən zaman və məkan nisbətində istər-istəməz Amerikada işçilərə, xüsusən intellektual mütəxəsislərə, müəyyən sabit əhaliyə ehtiyac duyulursa, bunu Green Card vasitəsilə digər miqrant siyasətini də stimullaşdırmaqla həll etmək yolunu seçirlər. Amerika 1 əsr ərzində 15 milyon insanın axın etdiyi ölkədir. Bu, kifayət qədər böyük göstəricidir. Green Card da bu göstəriciləri müəyyən qədər artıran prosedur olaraq çıxış edir".
Milli təhlükəsizlik maraqlarına da toxunan mütəxəsis sonda deyib:
"Milli təhlükəsizlik maraqlarının və mülahizələrinin önə çəkilməsi artıq Amerikanın Green Card-ı siyasi müstəvidə gördüyünü söyləməyə əsas verir. Siyasi qərarlar müstəvisində Green Card-la bağlı sərt addımlar atılırsa, proses dondurulursa, deməli, Amerika xarici vətəndaşları cəlb etmək və onları Amerika vətəndaşı kimi yenidən müəyyən bir təbəqə üzvü kimi formalaşdırmağa çox da maraqlı deyil. Hərçənd, Green Card-ın seçilməsində də özünün müəyyən şərtləri də kifayət qədər sərtdir. Və Amerika dəyərlərinə uyğun gəlməyən, davranış modelinə yad olan və potensial olaraq risk qruplarına aid olan, terrorçu kimi qiymətləndirilən qruplar, icmalar bu proqramda iştirak etmirlər. Amerika bu məsələdə təhdid və təhlükə görürsə, əslində, mahiyyət də başqadır. ABŞ vətəndaşlarının sayını 400 milyona çatdırmağa tələsmir. Bu, artıq miqrasiyanın hesabına baş verdiyi üçün müəyyən mərhələdə dondurmaqla, prosesin qarşısını almaq istəyir. Daha çox milli, ekspansionist düşüncə tərzi formalaşdırır. "Dünya Amerika üçün, Amerika da Amerika üçün" modeli üzərində iş gedir. Bunu görmək üçün Amerikanın son davranışlarını, Venesuelaya olan münasibəti, İrana necə davranması, hətta İsraillə müəyyən siyasi, hərbi, iqtisadi tədbirlərə əl atması faktını görüb qiymətləndirə bilərik. Eyni davranışı Ukrayna vətəndaşlarına, Rusiyaya, Avropa Birliyinə münasibətdə də müşahidə etmək olar. Green Card-a təkcə Şərq, Şərqi Avropa ölkələri deyil, dünyanın müxtəlif ölkələrindən müraciət edirlər. Amerika bu prosesi dondurmaqla, dünya üzərində, həm də müəyyən mənada vətəndaşlıq məsələlərinin qəbulunda bir imtiyaza nail olmaq istəyir. Ya özlərini hədəfə çatmış hesab edirlər, ya da Amerika maraqlarını daha çox üstün tuturlar. Fikrimcə, hər bir vətəndaş öz ölkəsində öz rifahını qorumağa və qurmağa çalışmalıdır. Xaricə meyllənmək faydalıdır, amma gərək orada təqdim edə biləcəyin uğurlu bir model, davranış, elm, bilik potensialın olsun".

Son xəbərlər