Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı
Yaponiyanın ən iri mobil operatoru olan "NTT Docomo" şirkəti bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin fəaliyyətində kütləvi kəsintilərin yarandığını elan edib.
Bu barədə TASS məlumat yayıb.
Şirkətin xəbərdarlıq bildirişində qeyd olunur ki, mövcud nasazlıqlar səsli zənglərə, SMS göndərilməsinə və məlumatların ötürülməsinə birbaşa təsir göstərir.
Bildirilir ki, problemlər noyabrın 5-də, cümə axşamı günorta saatlarında bütün ölkə miqyasında müşahidə edilməyə başlanıb.
Hazırda hadisənin yaranma səbəbləri mütəxəssislər tərəfindən araşdırılır. Bu kəsinti xəbəri son həftələrdə müxtəlif Yaponiya şirkətlərinə və dövlət orqanlarına qarşı intensivləşən kiberhücumlar fonunda yayılıb.
Xatırladaq ki, həmin kiberhücumlar nəticəsində on milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızması faktı qeydə alınmışdı.