Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Apple” peyk rabitə sistemi yaradır

21.12.2019 14:13 1 718
“Apple” peyk rabitə sistemi yaradır
“Apple” şirkəti şəxsi peyk rabitə sistemini qurmaq üçün gizli işçi qrupu seçib.

“Bloomberg” xəbər verir ki, şirkət mövcud simsiz şəbəkələr olmadan, cihazlarını birbaşa internet xidmətləri ilə birləşdirmək istəyir.

Məlumata görə, layihə üzərində şirkətin Kaliforniyanın Kupertino şəhərindəki qərargahında aerokosmik sənayedən təxminən on mühəndis, rabitə avadanlıqları üzrə mütəxəssislər və proqramçılar işləyir.

Agentlik bildirib ki, “Apple” mobil operatorlardan asılılığı azaltmaq istəyir, peyk texnologiyası cihazların yerini daha dəqiq izləməyə kömək etməklə əlaqədar, kartlarla işini yaxşılaşdıra və istifadəçilərə yeni xidmətlər təklif edə bilər.

Qeyd olunur ki, “Apple” öz peyk sistemini beş il ərzində inkişaf etdirməyi planlaşdırır.

Peyk layihəsi inkişafın ilk mərhələsindədir, gələcəkdə ondan imtina edilməsi istisna edilmir.

Son xəbərlər