Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var

04.11.2026 11:50 186
Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var
Bu ilin oktyabr ayında Bakıda yeni tikili mənzillərin orta qiyməti 14% artıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb. Bu rayonda yeni tikili mənzillər 21.8% bahalaşıb.

Yasamal rayonunda qiymət artımı 20.4%, Xətai rayonunda 18.6% təşkil edib. Nəsimi rayonunda mənzillər 17.4%, Nərimanov rayonunda 17.2%, Nizami rayonunda 16%, Binəqədi rayonunda isə 14% bahalaşıb.

Digər rayonlarda qiymət artımı nisbətən aşağı olub. Belə ki, Suraxanı və Sabunçu rayonlarının hər birində 9.8%, Pirallahıda 7.4%, Xəzər rayonunda 6%, Qaradağ rayonunda isə 5.4% artım qeydə alınıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesablamalarına görə, yeni tikili mənzillərin qiymətinin artmasına yeni layihələrin yerləşdiyi ərazilər, tikintinin keyfiyyəti, infrastruktur imkanları, nəqliyyat əlçatanlığı, yaşayış komplekslərinin təklif etdiyi şərait, eləcə də müasir mənzillərə artan tələbat təsir göstərir.

Köhnə tikili mənzillər seqmentində isə Bakı üzrə orta qiymət artımı 10.8% təşkil edib.

Bu kateqoriyada ən böyük bahalaşma Səbail rayonunda (20.5%), Yasamal rayonunda (19.9%), Nəsimi rayonunda (15.9%) və Nərimanov rayonunda (14%) qeydə alınıb. Xətai rayonunda köhnə tikili mənzillərin qiyməti 12.6%, Suraxanı rayonunda 11.8%, Sabunçu rayonunda isə 11.1% artıb. Qaradağ rayonunda qiymət artımı 5.3%, Pirallahıda 5.2%, Xəzər rayonunda 6.3%, Binəqədi rayonunda isə 6.9% olub.

AQC-nin 2026-cı ilin oktyabr ayına dair araşdırmasının nəticələri Bakının rayonları arasında mənzil qiymətləri baxımından ciddi fərqlərin olduğunu göstərir. Təhlilə əsasən, orta qiymət göstəricisi Səbail rayonunda ən yüksək - 4 256 manat, Pirallahı rayonunda isə ən aşağı - 1 474 manat olub.

Maksimum qiymət göstəricisinə görə, Nəsimi rayonu 6 742 manatla ilk sırada qərarlaşıb. Bu göstərici Səbail rayonunda 6 259 manat, Nərimanov rayonunda isə 5 218 manat təşkil edib.

Minimum qiymətlərə gəlincə, ən yüksək göstərici Nəsimi rayonunda 2 977 manat, ən aşağı göstərici isə Pirallahı rayonunda 1 037 manat olub.

Orta qiymət göstəricilərinə görə, Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Yasamal (3 452 manat), Xətai (3 427 manat) və Sabunçu (3 319 manat) rayonları sıralanır.

Bakı üzrə rayonların ümumi orta göstəricilərinə gəlincə, maksimum qiymət 3 981 manat, orta qiymət 2 905 manat, minimum qiymət isə 1 989 manat təşkil edib.

Bununla yanaşı, oktyabr ayında Bakıda fərdi yaşayış evlərinin orta qiyməti 13.2% artıb.

Bu seqmentdə ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb - 22.8%. Nizami rayonunda fərdi yaşayış evləri 16.8%, Nərimanov rayonunda 15.9%, Xəzər rayonunda 15.6%, Nəsimi rayonunda 14.1%, Sabunçu rayonunda isə 13.2% bahalaşıb.

Binəqədi rayonunda fərdi yaşayış evlərinin qiyməti 12%, Suraxanı rayonunda 10.9%, Yasamal rayonunda 10.1%, Xətai rayonunda isə 9.4% artıb. Qaradağ rayonunda qiymət artımı 6.5%, Pirallahı rayonunda isə 7.8% təşkil edib.

Son xəbərlər