Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı | 11:50 Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var | 11:45 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən cinayətin pərdəarxası |
Mojo.az Avto
Mojo.az Avto

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

04.11.2026 12:11 156
İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb.

Hadisə rayonun Muğan qəsəbəsində baş verib.

Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib.

Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə günə qaytaracağına söz verib. Mahir də onun sözünü yerə salmayıb və ona borc verib.

Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, Mahir bir neçə dəfə Akifdən pulunu istəsə də, o, vaxt istəməklə prosesi uzadıb. Çarəsiz qalan Mahir Akifin tanışları vasitəsilə ona xəbər göndərib və pula ehtiyacının olduğunu deyib. Bir gün sonra axşam saatlarında Mahir qohumugildən gələrkən Akif qəfil ona hücum edib və onu döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət işinə xitam verilib.
//oxu.az

Son xəbərlər