Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq
Gəlirlərin gündəlik xərcləri qarşılamaqda kifayət etməməsi ailələrdə gərginlik və narazılıq yarada bilər. Maliyyə ilə bağlı fikir ayrılıqları zamanla münasibətlərə və ailə üzvlərinin emosional vəziyyətinə təsir göstərir. Maddi çətinliklərin yaratdığı psixoloji gərginliyi azaltmaq və maliyyə problemlərinin ailədaxili münaqişəyə çevrilməsinin qarşısını almaq üçün hansı üsullar effektivdir?
Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Median.Az-a açıqlamasında deyib ki, maliyyə problemləri ailədaxili münaqişələrin əsas səbəbi deyil, mövcud problemləri üzə çıxaran tətikləyici faktordur:
Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Median.Az-a açıqlamasında deyib ki, maliyyə problemləri ailədaxili münaqişələrin əsas səbəbi deyil, mövcud problemləri üzə çıxaran tətikləyici faktordur:
“İlk növbədə, gözləntilər reallığa uyğun olmalıdır. İnsan öz maliyyə resurslarını və qarşı tərəfin imkanlarını düzgün qiymətləndirməlidir. Mövcud olmayan gəlirə uyğun həyat standartı tələb etmək rasional yanaşma deyil. Qadınlar kişilərə pul qabı kimi baxmamalıdırlar. Kişinin dəyəri onun gəliri ilə ölçülməməlidir. Rəqəmsal dünyada nümayiş etdirilən dəbdəbəli, dırnaqarası həyat tərzi real həyatın göstəricisi deyil. Sosial şəbəkələrdəki görüntülər və filmlərdəki ideal kişi obrazları ilə real insanları müqayisə etmək yanlış gözləntilər formalaşdırır. Kinolardakı kişilər reallıq deyil, ssenari məhsuludur. Ailədə maliyyə gərginliyini azaltmaq üçün gəlir və xərclər açıq müzakirə edilməli, büdcə birgə planlaşdırılmalı, ehtiyaclarla arzular fərqləndirilməlidir. Qarşı tərəfdən imkanı xaricində tələblər irəli sürmək əvəzinə, mövcud resurslar əsasında ortaq qərarlar qəbul edilməlidir. Ailə qurmaq qarşı tərəfin hesabına arzuladığın həyatı yaşamaq hüququ vermir”.
