Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı

04.11.2026 13:00 588
Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı
Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, barəsində olan cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışa verilən Qədəm Tarverdiyevanın yeri müəyyən olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin xəbərdarlıqlara baxmayaraq, növbəti dəfə iclasda iştirak etmədiyi bildirilib.

Məhkəmə Qədəm Tarverdiyevanın axtarışa verilməsini, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. Həmçinin 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 600 manat təşkil edən çoxlu sayda məişət əşyası oğurlayıb.

Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.

O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

O, 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Son xəbərlər