Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi

12.10.2026 12:59 171
Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi
Bakıda torpaq sahəsini qanunsuz zəbt etməkdə və oğurluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə barəsində həbs olmayan qətimkan tədbiri keçirilən Qədəm Tarverdiyeva prosesdə iştirak etməyib.

Məhkəmə Qədəm Tarverdiyevanın ötən prosesdə də iştirak etməməsinə görə onun axtarışa verilməsi, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib.

Qeyd edək ki, Qədəm Tarverdiyeva ilə bağlı məhkəmə istintaqı artıq yekunlaşıb və iş hökm mərhələsində olub.

Xatırladaq ki, 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. Həmçinin 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 min 600 manat təşkil edən çoxlu sayda məişət əşyası oğurlayıb.

Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb, yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.

O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

Qədəm Tarverdiyeva 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner