Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək

12.11.2026 11:59 138
Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək
"2027-ci il üçün bədən tərbiyəsi və idmanın təşkilinə 35.8 milyon manat xərclənməsi planlaşdırılır".

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O deyib ki, beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15.2 milyon manat xərclənməsi proqnozlaşdırılır:

"76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11.9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması məqsədilə 3.9 milyon, digər idman tədbirlərinə 4.8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".

Son xəbərlər