Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır

23.10.2026 13:00 384
Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır
2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin 8.8 milyard manatı ötəcəyi proqnozlaşdırılır. Azərbaycanda 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816 milyon 401 min 550 manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 98 milyon 819 min 690 manat və ya 1.1 faiz çoxdur.

Bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsinin müqayisəsindən məlum olur.

2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8 milyard 717 milyon 581 min 860 manat nəzərdə tutulub.

Layihəyə əsasən, 2027-ci ildə müdafiə qüvvələrinə 3 milyard 369 milyon 570 min 986 manat ayrılması planlaşdırılır. Bu, cari ilin təsdiqlənmiş göstəricisindən 378 milyon 835 min 197 manat və ya 12.7 faiz çoxdur.

Milli təhlükəsizlik istiqamətində isə xərclərin 520 milyon 623 min 148 manatdan 479 milyon 181 min 155 manata enəcəyi gözlənilir. Beləliklə, bu sahəyə ayrılan vəsait 41 milyon 441 min 993 manat və ya təxminən 8 faiz azalacaq.

Sərhəd xidmətinə ayrılan vəsaitin isə 541 milyon 633 min 496 manatdan 553 milyon 977 min 316 manata yüksəlməsi nəzərdə tutulur. Artım 12 milyon 343 min 820 manat və ya 2.3 faiz təşkil edəcək.

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclərin 2026-cı ildəki 4 milyard 659 milyon 498 min 16 manatdan 2027-ci ildə 4 milyard 413 milyon 672 min 93 manata düşəcəyi proqnozlaşdırılır. Bu istiqamətdə azalma 245 milyon 825 min 923 manat və ya 5.3 faiz olacaq.

Həmin vəsaitin tərkibində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərin 4 milyard 500 milyon manatdan 4 milyard manata endirilməsi nəzərdə tutulur. Bu isə 500 milyon manat və ya 11.1 faiz azalma deməkdir.

Beləliklə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri ümumilikdə artsa da, ayrı-ayrı istiqamətlər üzrə vəsaitlərin bölgüsündə fərqli dəyişikliklər proqnozlaşdırılır.

Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik xərclərinin 2027-ci ilin dövlət büdcəsinin ümumi xərclərində payı təxminən 20.8 faiz təşkil edəcək.
//oxu.az

Son xəbərlər