Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab

26.10.2026 16:43 159
Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab
Son günlərdə bəzi media resurslarında və sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasında duz ehtiyatlarının tükəndiyi, qayaların üyüdülərək satıldığı, istehsal olunan duzun tərkibinə qara naməlum maddələr qatıldığı, duzun suya əlavə edildikdə palçığabənzər hala düşdüyü, istehlakçıların bu duzu almaqdan imtina etdiyi barədə iddialar səsləndirilir.

Bununla bağlı "Naxçıvan Duz İstehsalı" MMC-dən Oxu.Az-a bildirilib ki, qeyd edilən iddialar heç bir rəsmi mənbəyə əsaslanmayan, həqiqəti əks etdirməyən, heç bir əsası olmayan dezinformasiya xarakterli məlumatlardır.

Naxçıvan Muxtar Respublikasında yeganə duz istehsalçısı olan "Naxçıvan Duz İstehsalı" MMC tərəfindən hazırda şaxta üsulu ilə çıxarılan daş duzdan I və II növ qida duzu istehsal edilir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəssisədə istehsal olunan duz məhsullarından mütəmadi olaraq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib və müayinə nəticələrinə əsasən məhsullarda heç bir uyğunsuzluq aşkar edilməyib.
Bununla yanaşı qeyd olunub ki, muxtar respublikada yerləşən duz yataqları uzun müddət istismarı təmin edəcək kifayət qədər ehtiyata malikdir və istehsal olunan Naxçıvan duzuna bazarda istehlakçılar tərəfindən tələbat yüksəkdir.

Son xəbərlər