Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA

22.10.2026 13:10 759
Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA
Son günlər Naxçıvan duzu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Paylaşımlarda duzun suya əlavə edildikdə palçıq halını aldığı iddia edilir. Bu isə məhsulun keyfiyyəti, tərkibi və insan sağlamlığına mümkün təsirləri ilə bağlı suallar yaradıb. Bəs istehlakçılar süfrə duzu alarkən onun keyfiyyətini necə müəyyən edə bilərlər? Duzun tərkibində hansı maddələrə diqqət yetirilməlidir və onun insan orqanizmi üçün faydası nə qədərdir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, Naxçıvan duzu qayadan çıxarılır:
“Duzun göl, dəniz və qaya duzu kimi müxtəlif növləri var. Naxçıvan duzu da qaya duzudur. Bu duzlar qayadan çıxarıldıqdan sonra torpaqdan təmizlənir, arındırılır və süfrəmizə gəlib çatır. Duzun özü bakterial çirklənməyə məruz qalmır. Təbii ki, bəzi hallarda üzvi maddələrin və nəmin təsiri rol oynaya bilər. Ancaq duzda kif yaranmır və o, adi şəraitdə bakterial çirklənməyə asanlıqla məruz qalmır. Torpaq qarışığı məsələsinə gəlincə, sosial şəbəkələrdə bu cür görüntülər bəzən diqqət çəkmək, bəyənmə və baxış sayı toplamaq məqsədilə paylaşılır. Mən də həmin videonu izləmişəm. Orada nümayiş etdirilənlər mənə kifayət qədər əsaslı görünmədi. Açığı, Naxçıvan duzunun bu dərəcədə lil-palçıqla qarışmış formasına rast gəlməmişəm. Özüm də Naxçıvan duzundan istifadə edirəm və onu yeməklərdə işlədirəm. Düzdür, duzun tərkibində tam təmizlənməmiş hissələrə rast gəlmək mümkündür, amma bu, videoda göstərildiyi kimi lil-palçıq səviyyəsində deyil”.
O qeyd ediv ki, Naxçıvan duzunun özəlliyi onun qayadan çıxarılması ilə bağlıdır:
“Qayanın tərkibində olan bəzi maddələr duzun içərisində rəng fərqləri şəklində, o cümlədən boz çalarlarla görünə bilər. Buna görə də duzun rəngindəki hər fərqi avtomatik olaraq çirklənmə kimi qiymətləndirmək düzgün deyil. Bununla belə, Naxçıvan duzunun lazımi qaydada emal olunması, qablaşdırılması və satışa çıxarılması vacibdir. Əgər emal prosesi düzgün aparılmırsa, bu barədə məlumatım yoxdur. Naxçıvan duzu düzgün şəkildə qablaşdırılaraq satışa çıxarılır. Onun turşuların hazırlanması üçün nəzərdə tutulan növləri də, gündəlik yeməklərdə istifadə olunan növləri də var. Naxçıvan duzu keyfiyyətli məhsuldur və mən özüm də onu tövsiyə edirəm. Çünki bu, bizim milli sərvətimizdir. Himalay duzunun da müəyyən faydaları ola bilər, amma öz milli sərvətimiz olan Naxçıvan duzunun da dəyərini bilməliyik. Yayılan videodakı iddialar mənə əsassız görünür. İnsanlar belə görüntülərlə qarşılaşanda tələsik nəticə çıxarmamalı və hər deyilənə inanmamalıdırlar. Məsələyə son nöqtəni isə müvafiq qurumların araşdırması qoymalıdır. Qida Təhlükəsizliyi Agentliyi həmin duzdan nümunələr götürərək laborator müayinələr apara bilər. Məsələn, hər hansı mağazadan Naxçıvan duzu alınıb yoxlanıla, onun tərkibi, təmizliyi və qida təhlükəsizliyi tələblərinə uyğunluğu müəyyən edilə bilər. Beləliklə, məsələ şəxsi mülahizələrə deyil, laborator nəticələrə əsaslanaraq qiymətləndirilər”.

Aysel

Son xəbərlər