Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Küçədə satılan qidalara “çin duzu” qatılır?

08.05.2024 12:12 843
Küçədə satılan qidalara “çin duzu” qatılır?
Havaların istiləşməsi ilə paytaxtın əksər yerlərində, yol kənarında küçə ticarəti ilə məşğul olanların sayı gündən-günə daha da artır. Üstü açıq şəkildə satılan bu qidalar qıraqdan göz oxşasa da, onları istehlak etmək bir qədər təhlükəli sayılır.

Maraqlıdır, görəsən, yol kənarından, küçə ticarəti obyektlərindən satılan ərzaq məhsulları həqiqətən zərərlidirmi?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bu gün bir çox qida məhsullarının küçədə və açıq havada satılması zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmur.

Onun sözlərinə görə, təbii ki, bu qidalar fiziki çirklənməyə məruz qalır:

“Həmçinin havaların istiləşməsi ilə küçədə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər baş verir və bu da insan orqanizmi üçün çox zərərlidir. Mənşəyi bəlli olmayan heyvan ətlərindən hazırlanan dönər, qutablar və digər qidalar açıq şəkildə uzun müddət isti hava şəraitində çöldə qalır. Bu qidaların düzgün şəkildə saxlanılmaması insan orqanizmində zəhərlənməyə səbəb olur. Mütləq şəkildə qidaları mənşəyi bəlli olan və sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl edən yerlərdən almaq lazımdır. Belə qidaları qəbul edən insanlarda əsasən qarında şişlik, köp və ağrı yaranır. Əgər immun sistemi güclüdürsə, yenə də maddələr mübadiləsinin sürəti aşağı düşür, bağırsaqların mikroflorası pozulur. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidaları qəbul etdikdə həmçinin qusma, ishal və qəbizlik müşahidə olunur”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu qidalara daha çox 20-25 yaşına qədər insanlar üstünlük verirlər:

“Bu cür qidalar onlara daha çox zərər verir. Eyni zamanda küçədə satılan qidalara el arasında “çin duzu” kimi tanınan sintetik mənşəli mononatrium qlutamat maddə əlavə edilir. Bu maddə insanda asılılıq yaradır və ağızdakı ənənəvi dad reseptorunu pozur. Bu kimi qidalar xüsusilə məktəb, universitet yaxınlığında, yol kənarlarında satılır. Bu da qidaların fiziki çirklənməyə məruz qaldığını sübut edir”.скачать dle 11.3
Mojo.az Banner