"Sabah" ölən azarkeşlə bağlı başsağlığı verdi
“Sabah” klubu “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.
“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Petrişşev qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib. O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.