Azərbaycanda nəvə babasının evini qarət etdi
Xaçmazda babasının pulunu oğurlayan nəvə saxlanılıb.
Oxu.az-ın əldə etdiyi xəbərə görə, polis tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq hadisələri törədən E.Orucov yaxalanıb. Onun müxtəlif vaxtlarda babasına aid evdən də 1 500 manat pul oğurladığı müəyyənləşdirilib.
Məlum olub ki, E.Orucov rayonda avtomobillərin şüşələrini sındıraraq, beş maşının salonundan maqnitofon və səs gücləndiricilər talayıb.
Faktlarla bağlı cinayət işi başlanıb. Şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.