Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu |
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu

26.11.2026 15:55 279
Bakıda avtomobillərin sərfəli kredit şərtləri ilə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "TikTok"da yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib.

Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.

Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da onların zəng və mesajlarına cavab verilməyib.

Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər.

Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara müraciət edir ki, sosial şəbəkələrdə "yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit" və "ilkin ödənişsiz avtomobil" vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur.

Son xəbərlər