Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA
Azərbaycanda daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq, 2035-ci ilədək ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi və elektromobillərin payının artırılması planlaşdırılır. 2060-cı ilə qədər isə sərnişin avtomobilləri parkında alternatif enerjili nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.
Bu qərar hazırda sözügedən mühərrikli avtomobil qiymətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, getdikcə daha çox insan elektromobillərə üstünlük verir:
Bu qərar hazırda sözügedən mühərrikli avtomobil qiymətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, getdikcə daha çox insan elektromobillərə üstünlük verir:
“Bu avtomobillərin mümkün təhlükələri hələ tam araşdırılmayıb. Elektromobillərin daxilindəki elektron sistemlərin, ötürücülərin və naqilsiz texnologiyaların insan sağlamlığına uzunmüddətli təsiri ilə bağlı suallar açıq qalır. Bu avtomobillərin salonunda müxtəlif elektron ötürücülər və idarəetmə blokları fəaliyyət göstərir. Onların yaratdığı elektromaqnit sahələrinin insan orqanizminə hansı təsirləri göstərdiyi hələ tam aydın deyil. Bəzi insanlar elektromobillərdə hərəkət zamanı başgicəllənmə, ürəkbulanma və təzyiq dəyişiklikləri kimi narahatlıqlar yaşadıqlarını bildirirlər”.
Onun sözlərinə görə, bunların səbəblərinin araşdırılmasına ehtiyac var:“Mən şəxsən elektromobillərdən istifadə zamanı ürəkbulanma hiss edirəm. Avtomobil diaqnostikası və elektronikası ilə məşğul olan bir usta da BYD markalı avtomobilə minərkən eyni problemlə qarşılaşdığını deyir. Bu cür halların səbəbləri elmi şəkildə araşdırılmalıdır. Elektromobillərin geniş yayılması ilə yanaşı, onların insan sağlamlığına mümkün təsirləri də ciddi şəkildə öyrənilməlidir. Biz 2035-ci və ya 2060-cı illər üçün planlar qururuq, amma texnologiyanın uzunmüddətli nəticələrini də nəzərə almalıyıq. Ola bilər ki, yaxın iki-üç ildə bu avtomobillərlə bağlı yeni araşdırmalar ortaya çıxsın və indiki yanaşmalara yenidən baxılsın. Bu səbəbdən elektromobillərin təhlükəsizliyi məsələsinə indidən diqqət yetirilməlidir”.
