Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?
Azərbaycanda avtomobil sahiblərini gələcəkdə ciddi dəyişikliklər gözləyə bilər. Ölkənin aşağıkarbonlu inkişaf strategiyasında daxili yanma mühərriki ilə işləyən minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, onların yerini isə elektromobillərin və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin tutması nəzərdə tutulur.
Plana əsasən, 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin istismardan çıxarılması istiqamətində ilkin mərhələyə başlanılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.
Bəs bu plan konkret olaraq nə deməkdir? Daxili yanma mühərrikli avtomobillərin sahibləri gələcəkdə nə ilə qarşılaşacaqlar? Bu avtomobillərin istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkmi, yoxsa söhbət köhnə avtomobillərin tədricən yeniləri ilə əvəzlənməsindən gedir? Digər tərəfdən, elektromobillərə keçid üçün Azərbaycanın infrastrukturu və vətəndaşların maddi imkanları nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib:

Elməddin Muradlı qeyd edib ki, bəzi ölkələr bu hədəfə çatmaq üçün inadkarlıq belə edir. Bəzi avtomobil istehsalçıları isə 2035-ci ildən sonra da 1-ci mühərrikli avtomobil istehsalı üçün icazə alıblar. Xüsusən də sport və avtomobillərdən söhbət gedir.
Ekspertin fikrincə, Azərbaycan da dünyanın bir parçası olaraq buna qoşuldu. Bizdə hədəf konkret olaraq benzin, dizel mühərrikli avtomobilləri sıradan çıxarmaq deyil. Hədəf odur ki, texniki cəhətdən nasaz avtomobil parkı tamamilə sıradan çıxsın və yeni avtomobillər meydana gəlsin. Bu da 2060-cı ilə qədər götürülən bir hədəfdir ki, ona da çatmaq lazımdır.
Nəqliyyat eksperti əlavə edib ki, 2035-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin sıradan çıxarılması istiqamətində ilkin mərhələ başlayır. Yəni, ola bilsin ki, 2035-ci ildə daxili yanma mühərrikli avtomobilləri almamaq üçün qərar verəcəklər.
Mütəxəssis sonda vurğulayıb ki, heç kim almasın deyə, daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsinə daha yüksək rüsum tətbiq edilə bilər. Bu cür yanaşmalar ola bilər. Ona görə də indidən heç kim tələsməsin və qorxuya da düşməsin. Bu səbəblə də öz avtomobillərini satmağa çalışmasın. Təbii ki, maşın alverçiləri bu istiqamətdə cəhdlər edəcəklər. Çünki hələ 2035-ci ilə qədər 9 il var. Ondan sonrakı qərar da qəti bir qərar ola bilməz. Yəni, bu avtomobillərin hamısını yığışdırıb metalloma da verməzlər. Yəqin ki, dövlət bu yöndə stimullaşdırıcı addımlar atacaq. İnsanlar isə bunu sevə-sevə və daha rahat formada edəcəklər.

"Bu məsələ çoxdan gözlənilən idi. Çünki bir çox Avropa ölkələri bununla bağlı addımlar atıb. Ənənəvi avtomobil parkını yeniləmək, mümkün variantda elektrik avtomobillərinə keçid etmək qarşıya qoyulan vəzifələrdən biridir. Amma buna nə dərəcədə nail olunacağı sual altındadır. Çünki bir çox Avropa ölkələri bu işə maraq göstərib daha sonra isə çəkinənlər oldu".
Mütəxəssisin sözlərinə görə, bəzi ölkələr tam olaraq elektrikli avtomobilə keçidi 2035-ci ilə qədər hədəf götürmüşdülər. Hətta onlar hibrid avtomobillərin olmayacağını da qeyd etmişdilər. Bu cür vədlər versələr də, yekunda tamam başqa addım atanlar oldu.