Mojo.az Banner
12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama

30.09.2026 11:18 288
Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama
Elektrikli avtomobillərin Azərbaycanda sayının artması avtomobil bazarında yeni tendensiya yaradıb. Bu avtomobillərin yanacaq xərclərinin olmaması və texniki xidmət xüsusiyyətləri istehlakçıların seçimlərinə təsir edən amillərdəndir.

Elektrikli avtomobillərin sayının artması Azərbaycanda ənənəvi avtomobillərin qiymətinə və ikinci əl bazarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, hazırda hər kəs elektrik avtomobili ilə bağlı öz seçiminin qarşısındadır:

“Bu avtomobillərin Azərbaycanda, xüsusilə də Bakı şəhərində istifadəsi getdikcə genişlənir. Lakin onların texniki problemlərinin olub-olmaması ilə bağlı tam və dəqiq nəticə çıxarmaq hələ tezdir. Çünki elektrik avtomobilləri ilə bağlı texniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması əsasən rəsmi diler mərkəzlərində həyata keçirilir. Bu avtomobillər hələ geniş şəkildə kiçik və müstəqil servis mərkəzlərinə müraciət etmirlər. Ona görə də onların uzunmüddətli istismarı zamanı hansı texniki problemlərin ortaya çıxacağı barədə hazırda tam təsəvvür formalaşmayıb”.
O qeyd edib ki, müəyyən nasazlıqla üzləşən avtomobillər əsasən rəsmi dilerlərə müraciət edir:
“Dilerlər isə həmin avtomobilləri zəmanət çərçivəsində qəbul edərək yaranmış problemi aradan qaldırırlar. Bu səbəbdən elektrik avtomobillərinin texniki dayanıqlığı ilə bağlı daha geniş nəticələrə gəlmək üçün onların daha uzun müddət və daha geniş şəkildə istismar olunmasını gözləmək lazım gəlir”.

Aysel
скачать dle 11.3
Mojo.az Banner