Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin avtomobilləri nə qədər bahalaşıb? - "Martın sonundək..."

07.02.2026 18:57 675
Çin avtomobilləri nə qədər bahalaşıb? -
Son aylarda Azərbaycan avtomobil bazarında Çin istehsalı olan avtomobillərin qiymətlərində artım müşahidə olunur. 

Xüsusilə elektrik avtomobilləri əvvəlki illərlə müqayisədə daha baha satılır. Satıcılar qiymət artımını əsasən gömrük xərclərinin yüksəlməsi ilə izah edirlər. Bu da avtomobillərin ölkəyə gətirilməsi zamanı əlavə xərc yaradır. 

Məsələn, bir müddət əvvəl 40 min manata təklif olunan elektrik avtomobili hazırda təxminən 3 min manat bahalaşaraq 43 min manat civarında satışa çıxarılır. Bu qiymət artımı isə avtomobil almaq istəyən vətəndaşların seçimlərinə birbaşa təsir göstərir. 

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, yeni vergi mexanizmi avtomobil qiymətlərinə təsirsiz ötüşməyib:

"Avtomobillərin gömrük xərclərində hər hansı dəyişiklik baş verməyib. 

Dəyişiklik məhz vergi mexanizmində olub. Belə ki, 2026-cı il yanvarın 1-dək ölkəyə idxal olunan elektromobillər və hibrid avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad edilirdi. Lakin bu müddət artıq başa çatıb və müddət bitdikdən sonra əvvəlki qaydalar yenidən tətbiq olunur. 

Yəni həmin avtomobillər üzrə ƏDV və digər müvafiq vergilər tutulmağa başlanıb. Bu da təbii olaraq avtomobil qiymətlərinə təsirsiz ötüşməyib. Çindən Azərbaycana idxal olunan avtomobillərin böyük əksəriyyəti hibrid və elektromobillərdir. Vergi güzəştlərinin ləğvi birbaşa bu kateqoriyaya aid nəqliyyat vasitələrinin qiymətlərində artım riskini artırır”. 

Onun sözlərinə görə, Çin qanunvericiliyində də dəyişikliklər edilib:

"Artıq yeni avtomobillərin "ikinci əl” və ya "köhnə avtomobil” adı ilə ixracı xeyli çətinləşdirilib. Yeni qaydalara əsasən, istehsalçıdan alınan avtomobil minimum altı ay Çin Xalq Respublikasında saxlanılmalıdır, yalnız bundan sonra ölkədən çıxarıla bilər. 

Bu da bazara çıxarılan avtomobillərin sayına və qiymətinə təsir edən əlavə amildir. Digər mühüm məqam isə dizel və benzin mühərrikli avtomobillər üzrə mühərrik həcminə görə tətbiq olunan aksiz vergilərinin artırılmasıdır. Bu dəyişiklik bazarda struktur transformasiyasına səbəb olub. 

Nəticədə həm sahibkarlar, həm də alıcılar daha yeni avtomobillərə üstünlük verməyə başlayıblar. Bu tendensiya 2019–2026-cı illərdə istehsal olunan avtomobillərin idxalının və daxili bazarda satışının artmasına şərait yaradır”. 

Ekspert qeyd edib ki, artıq Çindən istehsalçı tərəfindən rəsmi zavod zəmanəti təqdim olunan yeni avtomobillərin gətirilməsi mümkündür: 

"Lakin zavod zəmanəti olmayan yeni avtomobillərin idxalı xeyli çətinləşib. Ən azı bu ilin mart ayının sonunadək avtomobil bazarında kəskin qiymət artımı gözlənilmir. Hazırkı mərhələdə bazarda qiymətlərin nisbətən sabit qalacağı proqnozlaşdırılır”. скачать dle 11.3

Son xəbərlər